Cəfər Bünyadzadənin “Seçilmiş əsərləri” kitabı nəşr olunub

24.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən Cəfər Bünyadzadənin “Seçilmiş əsərləri” kitabı nəşr olunub.

XQ xəbər verir ki, kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 yanvar 2025-ci il tarixli 1saylı qərarı ilə nəşr edilib.

Cəfər Bünyadzadənin seçilmiş əsərlərindən ibarət kitabın elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabovadır. Tərtib edənlər filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov və Tural Əlizadədir.

Kitab Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi Rauf Sadıxovun irihəcmli “Cəfər Bünyadzadənin həyatı, fəaliyyəti və publisistikası” yazısı ilə açılır. Həmin araşdırma “Həyatı və fəaliyyəti”, “Cəfər Bünyadzadənin publisistikası” və “Cəfər Bünyadzadənin bədii yaradıcılığı” bölümlərindən ibarətdir.

Kitabda XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal rol oynamış görkəmli ictimai xadim və publisist Cəfər Bünyadzadənin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri toplanıb. Nəşrdə müəllifin dövrün mətbuatında işıq üzü görmüş mühüm publisistik məqalələri, felyetonları, maarifçi və ideoloji mahiyyət daşıyan yazıları yer alıb. Toplu XX əsrin mürəkkəb ictimai-mədəni mənzərəsini, dövrün ziyalılarının axtarışlarını və milli düşüncənin inkişaf yollarını öyrənmək baxımından mühüm mənbədir. “Elm və təhsil” nəşriyyatında çap olunan seçimliş əsərlər 388 səhifədən ibarətdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью