“Cəfər Cabbarlı” metrostansiyasında işlər başa çatmaq üzrədir

26.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasında işlər başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyada artıq örtük elementlərinin quraşdırılması işləri həyata keçirilir: “Cəfər Cabbarlı" stansiyasının növbəti dövrlərdə xətlərin ayrılması ilə bağlı ən vacib stansiyalardan biri olmasını nəzərə alaraq əsaslı şəkildə bütün təmir işləri həyata keçirilib. Qısa zamanda, işlər yekunlaşdırılacaq və stansiya sərnişinlərin istismarına veriləcək”.

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью