“Cəfər Cabbarlı” metrostansiyasında işlər başa çatmaq üzrədir

26.11.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasında işlər başa çatmaq üzrədir.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyada artıq örtük elementlərinin quraşdırılması işləri həyata keçirilir: “Cəfər Cabbarlı” stansiyasının növbəti dövrlərdə xətlərin ayrılması ilə bağlı ən vacib stansiyalardan biri olmasını nəzərə alaraq əsaslı şəkildə bütün təmir işləri həyata keçirilib. Qısa zamanda, işlər yekunlaşdırılacaq və stansiya sərnişinlərin istismarına veriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью