Cəfər Hüseynzadə NATO Baş katibinin köməkçisi ilə görüşüb

27.06.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruge Boris Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, diplomat bu barədə "X" sosial media hesabında paylaşım edib.

Görüşə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqon da qatılıb.

Görüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü ilə bağlı müzakirə aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью