Cəfəri limon qarışığı ürəyi təhlükəyə atır Hüseyin Bozbaş

17.05.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ürək damarlarını açdığı deyilən cəfəri-limon qarışığı sağlamlıq üçün təhlükəli nəticələr verə bilər.

Ölkə.Az “Haber 7”yə istinadla xəbər verir ki, bu barədə türkiyəli kardiologiya professoru Dr. Hüseyn Bozbaş xəbərdarlıq edib. O bildirib ki, bu qarışığın damarları açması barədə deyilənlərin heç bir elmi əsası yoxdur.

Kardioloqun sözlərinə görə, bitki mənşəli məhlulların həkim nəzarəti xaricində istifadəsi xalq sağlamlığı üçün ciddi təhlükə yaradır.

“Cəfəri-limon qarışığı dərmanı damarları açmaz! Kaş ki açardı, bu gün milyonlarla insanı infarktdan itirməzdik.
Cəmiyyətdə sürətlə yayılan yanlış inanclar xəstələrin düzgün müalicəyə çatmasına mane olur. Bu, geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью