Cəfərquliyev yenidən “Qarabağ”ın əsas heyətinə qayıtdı

22.06.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu bu gün Avstriyanın Tirol bölgəsində keçiriləcək təlim-məşq toplanışına yollanıb.

Modern.az xəbər verir ki, əsas komandanın heyətində müdafiəçi Elvin Cəfərquliyev də yer alıb.

Xatırladaq ki, 25 yaşlı futbolçu bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi. Onun yay transfer pəncərəsində başqa kluba keçə biləcəyi ilə bağlı məlumatlar da yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью