Cəfərquliyev yubiley matçına çıxdı

11.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev 100-cü çempionat matçına çıxıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turunda baş verib.

24 yaşlı futbolçu “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb. Onun "köhlən atlar"ın sıralarında debütü 2021/2022 mövsümünə təsadüf edib. Cəfərquliyev 100 qarşılaşmada 8 qola imza atıb.

Qeyd edək ki, “Qarabağ” - “Zirə” görüşü Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью