Ceff Bezos: “Aşağı və orta gəlirlilər vergi verməməlidir”

14.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın ən varlı iş adamlarından biri, "Amazon" şirkətinin təsisçisi Ceff Bezos ABŞ-nin mövcud vergi sistemini sərt tənqid edərək gözlənilməz bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, CNBC kanalına müsahibə verən milyarder ölkədəki aşağı və orta gəlirli vətəndaşların gəlir vergisindən tamamilə azad edilməli olduğunu müdafiə edib.

Bezos bildirib ki, gəlir piramidasının alt 50 faizlik hissəsində yer alan vətəndaşlar ümumi vergi daxilolmalarının cəmi 3 faizini təşkil edir və bu göstərici sıfıra endirilməlidir. "Queens-də ildə 75 min dollar qazanan bir tibb bacısından Vaşinqtona pul göndərməsini tələb etməməliyik. Hökumət onlardan vergi toplamaq əvəzinə üzrxahlıq məktubu göndərməlidir. Bunun heç bir məntiqi yoxdur," — deyə Bezos vurğulayıb. Dominos pizza

Zənginlərdən alınan vergilərin artırılmasının aşağı gəlirli təbəqənin problemlərini həll etməyəcəyini qeyd edən iş adamı, əsl köməyin elə həmin təbəqənin vergi yükünü tamamilə aradan qaldırmaqdan keçdiyini diqqətə çatdırıb. 

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью