Ceff Bezos İngiltərə nəhənginə şərik oldu

18.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ceff Bezosun da təmsil olunduğu konsorsium “Liverpul” klubunun təxminən 38 faizlik payına sahib çıxıb.

Futbolpress.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, mersisaydlıların sahibi olan “Fenway Sports Group” (FSG) klubun strateji səhmlərinin bir hissəsinin “1892 Holdings” konsorsiumuna satılması barədə yekun razılığı əldə edib.

İlkin məlumatlarda investorların klubun təxminən üçdə birinə yiyələndiyi iddia olunsa da, son xəbərlərə əsasən, bu pay 38 faizə yaxındır.

Sözügedən konsorsium növbəti 12 ay ərzində “Liverpul”un nəzarət paketini də almaq hüququna malikdir, lakin tərəflər arasında bu barədə məcburi hər hansı öhdəlik nəzərdə tutulmayıb. Bildirilir ki, sövdələşmə çərçivəsində İngiltərə təmsilçisinin ümumi dəyəri 5–6 milyard funt-sterlinq aralığında qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью