Ceff Bezos Liverpul un səhmlərini satın aldı

15.08.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Liverpul" futbol klubunun əsas sahibi olan "Fenway Sports Group" (FSG) klubun səhmlərinin bir hissəsinin satılması ilə bağlı "1892 Holdings" şirkəti ilə razılaşma əldə edib. Şirkətin əsas investorlarından biri "Amazon"un təsisçisi Ceff Bezosdur.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Söhbət klubun səhmlərinin 30 faizinin satışından gedir. Razılaşmanın dəyərinin 1.65 milyard funt sterlinq (2.23 milyard dollar) olduğu bildirilir.

"Liverpul"un dəyəri 6 milyard dollardan çox qiymətləndirilir. FSG klubu 2010-cu ildə 300 milyon funt sterlinqə alıb.

Qeyd edək ki, Bezos 271.4 milyard dollar sərvətlə "Forbes"in dünyanın ən varlı insanları reytinqində üçüncü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью