Ceff Bezos “Liverpul”un səhmlərini alan investorlar qrupuna daxil olacaq

11.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Amerikalı sahibkar, investor və internet şirkəti “Amazon2un təsisçisi Ceff Bezos “Liverpul”un səhmlərinin təxminən 30%-ni əldə edən investisiya qrupuna qoşulacaq.

İdman.Biz bu barədə Sky News-a istinadən xəbər verir.

Mənbəyə görə, sövdələşmə “Queens Park Rangers”in keçmiş həmtəsisçisi və milyarder Lakshmi Mittalın kürəkəni Amit Bhatianın rəhbərlik etdiyi konsorsium tərəfindən tamamlanır. İnvestisiya həcmi 2 milyard dollar olacaq və bu da klubun müqavilə çərçivəsində ümumi dəyərini 6 milyard dollara çatdıracaq. Sazişin rəsmi elanı bu həftənin əvvəlində dərc oluna bilər.

“Liverpul” hazırda Con Henrinin rəhbərlik etdiyi “Fenway Sports Group”a (FSG) məxsusdur: klub 2010-cu ildə 300 milyon funt sterlinqə (405 milyon dollar) alınıb. FSG-nin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqası titulları da daxil olmaqla, böyük kuboklar qazanıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью