Ceff Monson Ümrə ziyarətinə gedir

10.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Qarışıq döyüş növləri üzrə döyüşçü Ceff Monson 2025-ci ildə kiçik Həcc ziyarətini (Ümrə) yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına getməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Monsonun həyat yoldaşı Yekaterina məlumat verib.

“Bəlkə mart, aprel və ya hətta mayın əvvəlində səfərə gedəcək. Bu, turoperatordan asılıdır”, – MMA döyüşçünün həyat yoldaşı deyib.

O, əri ilə toylarını qeyd etməzdən əvvəl Məkkə və Mədinəyə getməyə hazırlaşdığını vurğulayıb. May ayında Ufada yaddaqalan gün keçirməyi də planlaşdırırlar.

Monsonun həyat yoldaşının dediyinə görə, döyüşçü yayda İslamı qəbul etdikdən sonra Ümrəyə getməyi xəyal edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью