Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada intihar etmədiyi və öldürüldüyü barədə yeni iddia irəli sürülüb.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspert Maykl Friman yarılma fotolarını və istintaq materiallarını araşdırdıqdan sonra Epşteynin boğularaq öldürüldüyünü bildirib.
Ekspert qeyd edib ki, onun sol çiyində qanaxma, üz nahiyəsində xəsarətlər və boynunda dırnaq cızıqları aşkarlanıb.
Bununla belə, Nyu-Yorkun məhkəmə-tibbi ekspertizasının 2019-cu ildə açıqladığı rəsmi nəticə dəyişməyib. Həmin nəticəyə əsasən, Epşteynin ölüm səbəbi intihar olub.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılıb.
O, yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı ittihamlarla məhkəmə qarşısına çıxacağını gözləyirmiş.
Bizim.Media