Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri Tramp administrasiyasının Suriyadakı kürdlərlə xəyanət etdiyinə dair iddiaları rədd edib.
"Cebheinfo.az" xəbər verir ki, Cefri “Amerikanın Səsi”nə açıqlamasında bildirib ki, ABŞ rəsmiləri kürdlərə münasibətlərinin müvəqqəti və taktiki olduğunu, İŞİD-in məğlubiyyətinə əsaslandığını həmişə açıq şəkildə deyiblər.
Qeyd edək ki, Ceyms Cefri Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi olub.
Ceffri Obama administrasiyasından bəri kürdlərə heç vaxt davamlı siyasi və ya hərbi zəmanət verilmədiyini vurğulayıb.
O, ABŞ-nin kürdləri İŞİD, Əsəd rejimi və onların müttəfiqlərindən kənar qüvvələrdən müdafiə etmək öhdəliyi götürmədiyini deyib.
“Biz kürdlərə heç vaxt kürd bölgəsini dəstəkləyəcəyimizi və ya onları Suriya müxalifətindən və ya yeni Suriya hökumətindən hərbi güclə müdafiə edəcəyimizi deməmişik. Əksinə, münasibətlərimizin İŞİD-i məhv etməyə yönəlmiş müvəqqəti və taktiki tərəfdaşlıq olduğunu bildirmişik”, - deyə Cefri qeyd edib.
Suriya və kürdlərin gələcəyi barədə danışan Cefri ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini dəstəklədiyini bildirib.
O, əlavə edib ki, ABŞ-nin bu qətnamə çərçivəsində siyasi həll yoluna üstünlük verdiyini dəfələrlə kürdlərin nəzərinə çatdırıb.
2015-ci il dekabrın 18-də yekdilliklə qəbul edilən 2254 saylı qətnamədə Suriyada atəşkəs elan edilməsi, ölkənin birliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyan siyasi keçid prosesin həyata keçirlməsi tələb olunur.
Ceyms Cefri Əhməd əş-Şara hakimiyyətinin bu qətnamənin tələblərini yerinə yetirməyə çalışdığını söyləyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin