Cəhalətin ən təhlükəli üzü

23.08.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas

İnsanın öz cahilliyindən xəbərsiz olması, bilmədiyini bilirmiş kimi təqdim etməsi cəhalətin ən təhlükəli formalarındandır. Çünki insan bilmədiyini qəbul etmədikdə öyrənmək ehtiyacı da hiss etmir. Beləliklə, yanlış düşüncələr, xurafat və əsassız inanclar yayılmağa başlayır.

Cəhalət yalnız savadsızlıq deyil.

Bəzən insan təhsilli olduğu halda da tənqidi düşüncədən uzaq ola bilər. Elmi yanaşma isə hər deyilənə inanmaq deyil, araşdırmaq, faktı fərziyyədən ayırmaq və bilmədiyini etiraf etmək mədəniyyətidir. İnsanı ucaldan hər şeyi bilmək deyil, bilmədiyini anlayıb öyrənməyə hazır olmaqdır. Cəhalətin ən təhlükəli tərəfi isə insanın öz cəhalətini görməməsidir.

Məlumatın sürətlə yayıldığı müasir dövrdə yanlış informasiyalar da cəmiyyətə ciddi təsir göstərə bilir. İnsanların məlumatsızlığından, qorxularından və saf duyğularından istifadə edərək onları manipulyasiya etmək isə mənəvi məsuliyyətsizlikdir.

Cəhalətə qarşı ən güclü vasitə elm, təhsil, sağlam düşüncə və mənəvi tərbiyədir. İnsan nə qədər çox öyrənir və düşünürsə, aldadılmağa, manipulyasiyaya və yanlış təsirlərə qarşı bir o qədər güclü olur.

Əsl mənəviyyat insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə onu daha məsuliyyətli və faydalı vətəndaşa çevirir. Vətənə sevgi, dövlətə sədaqət, xalqa xidmət, milli dəyərlərə hörmət və insanlara mərhəmət mənəviyyatın əməli göstəriciləridir.

Cəhalətlə mübarizə insanı təhqir etməklə deyil, onu elmə, düzgün biliyə və sağlam düşüncəyə yönəltməklə mümkündür. Çünki işıqlı düşüncə yalnız insanı deyil, cəmiyyəti də dəyişdirir.

Sevgi və dualarımla!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью