“Cəhd etdik, amma alınmadı” Kurban Berdıyev

04.05.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Misli premyer-liqasının 30-cu turunda “Turan Tovuz” səfərdə “Qarabağ”a məğlub oldu – 1:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Kurban Berdıyev media önünə çıxıb.
- Ağır oyun oldu. Uzun müddət üstünlük rəqibdə idi. İkinci hissənin əvvəlində buraxılan iki qol oyunumuza təsir etdi. Cəhd etdik, amma alınmadı.
- Denis Marandiçinin durumu necədi, aqibəti necə olacaq?
- Əməliyyat olunub. Ümid edirəm ki, gələn mövsüm qayıdar.
- Çoxlu qol imkanını əldən verdiz...
- Həyəcanla bağlı idi. Ələ düşən şanslardan istifadə edə bilmədik.
- Buraxılan qollarda qapıçını günahlandırırsız?
- İkinci qol səkən top idi. İlk qol isə ustalıq idi.
- İkinci yer uğrunda oyunda motivasiya yetərincə idi?
- Bəli, həyəcan var idi. Nəzəri baxımdan şansımızın olması həyəcan yaratdı.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью