Icma.az bildirir, Kulis.az portalına istinadən. Kulis.az Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanından bir hissəni təqdim edir.
Aççı qayıtdı, xoşbəxt günlər bitdi. O, yaxşıca dincəlmişdi. Bu, onun şən əhval-ruhiyyəsindən, təravətlənib işıq saçan üz-gözündən hiss edili
İstirahətdən qayıdanda yolunu Moskvadan salıb həm əmimə baş çəkmiş, həm də alış-veriş etmişdi.
O hara getsəydi, özünə yeni geyimlər, ətirlər almadan geri dönməzdi. Evdə böyük bir otaq onun əşyaları üçün ayrılmışdı.
Bu yaşda qadının özünə vurğunluğu, geyim-keçimə, makiyaja bir belə alüdəliyi məndə həmişə heyrət doğururdu.
Vaxtının çoxunu gözəllik salonlarında keçirən Aççı, evdə də özünə qulluqdan qalmırdı.
Əlibəy baba nəinki buna qarşı çıxır, əksinə, onu ruhlandırırmaq üçün əlindən gələni edirdi.
Bunu babamın qorxaqlığından, yoxsa həqiqətən, xoşuna gəldiyi üçün etdiyini başa düşə bilmirdim.