Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cənubi Afrikadan mənşə alan "Karpobrotus" sukkulent bitkisinin qlobal ekspansiyası Kaliforniya, Avropa və Yeni Zelandiya sahıllərində sürətlə davam edir. Sosial şəbəkələrdən toplanmış 1700-dən çox geoteqli fotonun təhlilinə əsaslanan yeni elmi araşdırma göstərib ki, bu bitki yeni coğrafi zonalarda çiçəklənmə vaxtını dəyişərək yerli növlər üzərində açıq üstünlük qazanır. Karpobrotus dəqiq yerli ekosistemlərin yazda oyanma anında çiçəkləyir və köklü bitki örtüyünü sıxışdırıb çıxarır. Bitkinin həm toxumlarla, həm də zoğ qırıntıları ilə sürətlə çoxalması onunla mübarizəni çətinləşdirir.
Sukkulentin yaratdığı sıx örtük torpağın tərkibini və qum dyunlarının strukturunu dəyişir, həmçinin tozlandırıcı cücüləri yerli bitkilərdən yayındıraraq biomüxtəlifliyin azalmasına səbəb olur. Xüsusilə bitkinin ilboyu uzanan çiçəklənmə dövrü zəngin toxum ehtiyatının formalaşmasına şərait yaradır ki, bu da işğalın qarşısını almağı mürəkkəbləşdirir.
Mütəxəssislər bildirirlər ki, lokal çiçəklənmə dövrlərinin dəqiq müəyyən edilməsi daha effektiv nəzarət tədbirləri planlaşdırmağa — bitkiləri toxum tökməyə imkan tapmadan vaxtında kəsib təmizləməyə imkan verəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ