Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Coğrafi cəhətdən demokratik Avropya ən yaxın, amma mahiyyətcə ondan ən uzaq bir ölkəd
"Seçki”də indiki prezident Aleksandr Lukaşenko da iştirak edirdi. Bəli, o da yeddinci dəfə prezident olmağa qərar vermişdi!
Axı başqa cür necə ola bilərdi? Sevimli Belarusunu başqa kimə etibar edə bilərdi?
Axı Belarus qadınları hər il prezident ola biləcək oğullar doğmurlar, belələri yüz ildə, ən yaxşı haldasa, əlli ildə bircə dəfə doğulurlar, özü də kütləvi şəkildə yox, cəmi bircə nüsxə!
Sonradan bəzi xalqlar bir az da irəli gedərək bu nüsxəni əsas götürüb ondan törəmələri özlərinə lider edirlər və bir daha "özümüzə kimi prezident edək” kimi əcaib-qəraib suallar üzərində baş sındırmırlar – qoy, dörd ildən bir yankilər özlərinə bu iztirabları yaşatsınlar, belarusların nəyinə lazımdır bunlar?
Hələ onu demiırəm ki, yankilərin də seçdiyini hamı görür: məgər o, Lukaşenkodan çox ağıllıdır?
Onu da özbaşına qoysan, yeddi nədir, lap səkkiz dəfə də prezident olmaq keçər könlündən...
Qərəz, yazılanlara görə, faktiki olaraq bir neçə gündür davam edən seçkilər o qədər "demokratik” və gərgin olub ki, dünyanın bütün seçki texnoloqları bir sual üzərində - kimin prezident olacağı sualı üzərində xeyli fikirləşəndən sonra hamısı kəskin intellektual - əsəbi yorğunluq diaqnozu ilə nevropatoloqa müraciət ediblər!