Çekalo Hollivuddakı malikanəsini satdı

25.08.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur prodüser və şoumen Aleksandr Çekalo ABŞ-nin Kaliforniya ştatında yerləşən çoxmilyonluq daşınmaz əmlakını satıb.

Axşam.az xəbər verir ki, bu barədə “Shor” teleqram kanalı məlumat yayıb. Çekalo “Şöhrət xiyabanı”nın yaxınlığında yerləşən malikanəsini 1,2 milyon dollara satıb.

Sövdələşmədən sonra sənətçi özünün "SREDA GLOBAL LLC" adlı trast şirkətinin qeydiyyatını Kaliforniyadan Floridaya köçürüb. İddialara görə, Çekalo hazırda Floridada ayda 30 min dollara ev kirayələyir.

Şoumen Beverli-Hillzdəki mənzilini də həyat yoldaşı Darina Ervinə hədiyyə edib. Mənzilin dəyərinin 1,35 milyon dollar olduğu bildirilir.

Qeyd edək ki, Darina Ervin 2018-ci ildə Sekalo ilə tanış olub. Bir neçə ay sonra şoumen ona evlilik təklifi edib. Cütlük bir il sonra nikah masasına oturub. Hazırda Aleksandr Çekalo və Darina Ervin ABŞ-də yaşayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью