Çəki almağın əsas SƏBƏBLƏRİ

14.01.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Endokrinoloq Zuxra Pavlova əlavə kilo alan insanları sakitləşdirib.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini öz teleqram kanalında paylaşıb.

Pavlova bildirib ki, çəkilərin artmasının bir neçə səbəbi var. Birincisi, çox miqdarda duz və karbohidrat qəbulu orqanizmdə suyun yığılmasına səbəb olur. İkincisi, böyük porsiyalar da çəkini artırır. Bundan əlavə, pozulmuş yuxu rejimi metabolik dəyişikliklərə yol aça bilər.

Buna baxmayaraq, həkim vurğulayıb ki, çəkidəki artım müvəqqətidir.

“Adət olunan rejimə qayıdıldıqda çəkidəki artımın bir hissəsi adətən bir-iki həftə ərzində öz-özünə azalır”, — deyə Pavlova əlavə edib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью