Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyaca məşhur aktyor Ceki Çan Azərbaycana gələ bilər.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, aktyorun iştirakı ilə "Tanrının yaraqları 4: Ultimatum" filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.
Ekran işinin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsaydır. Çəkilişlər iyulda başlayacaq və 2027-ci ilin ikinci rübündə filmin premyerasının təşkil olunması planlaşdırılır.
Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq.
Qeyd edək ki, bu film seriyası 1986-cı ildə "Tanrının yaraqları" filmi ilə başlayıb. Həmin filmdə Ceki Çan həm baş rolda oynayıb, həm də rejissorluq edib. Daha sonra 1991-ci ildə "Tanrının yaraqları 2: Kondor əməliyyatı" filmi ekranlara çıxıb.
Üçüncü hissə isə 2012-ci ildə "Çin bürcləri" adı ilə nümayiş olunub. Burada da Ceki Çan həm rejissor, həm də aktyor kimi iştirak edib.