Ceki Çan milli yeməklərimizdən yeyib, muğam dinlədi

11.08.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.

Axşam.az-ın məlumatına görə, aktyor bir neçə gündür Bakıda qonaqdır və paytaxtın müxtəlif məkanlarını gəzib. Ceki Çan ötən gün restoranlardan birinə yollanıb.

Aktyor burada Azərbaycan milli mətbəxinin nümunələrindən dadıb. Restoranda səsləndirilən canlı muğam ifası isə Ceki Çanın diqqətini çəkib. Hollivud ulduzu ifanı telefonunun kamerası ilə lentə alaraq həmin anları yaddaşına köçürüb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью