Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb

02.02.2026

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hollivudun yüksək reytinqli aktyoru, Çin əsilli kino ulduzu Ceki Çan fanatlarına qəribə sürpriz edib. O, ölümündən sonra yayımlanacaq mahnı lentə aldırıb.

Reyting.az-ın məlumatına görə, "Döyüş sənətləri əfsanəsi" adlandırılan Ceki Çan Pekində keçirilmiş "Gözlənilməz ailə" adlanan yeni filminin nümayişi zamanı onu sevənlərə ünvanlanmış müraciətində bildirib ki, şərtlərə əsasən, yalnız aktyorun vəfatından sonra yayımlanacaq mahnı yazdırıb.

Aktyor deyib ki, son illər öz yaxınlarını itirməsi dünyagörüşünü dəyişib və artıq ən vacib sözləri gecikdirmədən deməyin tərəfdarıdır.

71 yaşlı Ceki Çan yeni filmində Altsheymer xəstəliyindən əziyyət çəkən yaşlı bir obrazı canlandırır və bununla təkcə döyüş filmlərinin ulduzu deyil, həm də çoxşaxəli, potensialı olan bir dramatik aktyor olduğunu sübuta yetirmək istəyib.

O, sağlamlığı imkan verdiyi müddətdə hər il müxtəlif janrlarda ekran əsərləri ilə öz tamaşaçılarını sevindirəcəyini deyib. Çin və ABŞ kinoaktyoru, rejissor və prodüser Ceki Çan yaxın illərdə "Panda əməliyyatı 2", "Tanrının zirehləri: Ultimatum", "Pik saatı 4" və "Kölgə ovu" filmlərinin davamının lentə alınacağını da qeyd edib.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью