Ceki Çana Bakıda qeyri adi hədiyyə VERİLDİ

17.08.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda çəkilişləri başa çatan Hollivud ulduzu Ceki Çanın Azərbaycanla bağlı paylaşımları davam edir.

Redaktor.az xəbər verir ki, Ceki Çan bu dəfə öz sosial şəbəkə hesabında Bakıda ona hədiyyə edilən nərd taxtasının görüntülərini paylaşıb. Aktyor hədiyyə nərd taxtasını açarkən təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью