Çəkiclə dostunun başını əzib öldürdü ŞOK SƏBƏB

16.10.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Sankt-Peterburq şəhərinin Moskva Rayon Məhkəməsi dostunu qətlə yetirən 19 yaşlı Vladimir Lukoşnikov barəsində həbs qətimkan tədbiri seçib.

Lent.az yerli mediaya istinadla bildirir ki, gənc Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi (“Qəsdən adam öldürmə”) ilə ittiham olunur. O, 12 dekabr tarixinədək istintaq təcridxanasında saxlanılacaq.

İstintaqın məlumatına görə, oktyabrın 13-də Lukoşnikov dostunun başına çəkiclə altı, boğazına isə bıçaqla səkkiz dəfə zərbə vurub. O, özü polisə zəng edərək qətl barədə məlumat verib. Gənc etiraf edib ki, “dəli olmağın son həddini dərk etmək” məqsədilə dostunu öldürüb və bu cinayətə çoxdan hazırlaşıb.

Hadisə olan mənzildə narkotik vasitələrdən istifadə üçün nəzərdə tutulan ləvazimat aşkarlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью