Çəkiliş meydançasında dindarları sevmirlər

25.09.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Türkiyəli aktrisa Bahar Şahin yenidən açıqlamaları ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa çəkiliş meydançalarında dindar olan işçilərə hörmət qoyulmadığını, nədənsə narazı olduqda prodüserlərlə problem yarandığını söyləyib:

"Çəkiliş meydançasında dindarları sevmirlər, çünki işi ləngitdiklərini düşünürlər. Oruc tutanlara da əlavə büdcə kimi baxaraq hörmət etmirlər. Bir İşıqçı mənə nahardan qalan yeməklərlə iftar etməyə məcbur qaldığını deyib. “Yemək gətirilməyənə qədər səhnəyə çıxmayacağam” dedim. Prodüser çəkiliş meydançasına gələrək gərginlik yaratdı. Sizi təqib etsələr və ya oğurluqda ittiham olunsanız belə, susmalısınız, əks halda prodüserlərlə münasibətinizi gərginləşdirəcək. Bu da iş tapmağı çətinləşdirəcək. Ona görə də əksər aktyorlar susur”.

Qeyd edək ki, Bahar daha əvvəl "Zalim İstanbul" serialında rol alan zaman həmkarı Mine Tuqay tərəfindən zorakılığa məruz qaldığını deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью