Çəkisi bir kiloqram olan körpə üzərində ürək əməliyyatı aparılıb

04.05.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstanın Çimkənd şəhərində çəkisi 1 kiloqram olan 45 günlük körpə şəhər perinatal mərkəzində mürəkkəb ürək əməliyyatı keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, körpə 25-ci həftəsində doğulub və ona anadangəlmə ürək çatışmazlığı - açıq arteriya kanalı və tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub.

Körpə 1 kq çəki alan kimi əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır, lakin stabil olduğunu deyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью