Cəlal: “Azərbaycana qayıtmağı düşünmürəm”

08.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, milli komandanın düşərgəsində olan müdafiəçi bu barədə San Marinoya qarşı keçirəcəkləri oyundan əvvəl baş tutan mətbuat konfransında deyib:

“Hazırda klubsuzam. Azərbaycana qayıtmağı düşünmürəm. Danışıq apardığım klub var, yəqin, ayın ortalarına kimi keçidim həll olar”.

Cəlal daha əvvəl Azərbaycanda “Şamaxı” və “Zirə”də forma geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью