Cəlal Hüseynov Konfrans Liqasında oynayıb, komandası qalib gələ bilməyib

24.07.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, təmsilçimizin komandası öz meydanında HİK-lə (Finlandiya) qarşılaşıb.

Cəlalın start heyətində yer aldığı görüşdə qalib müəyyənləşməyib. Matç 0:0 hesabı ilə yekunlaşıb. Hüseynob qarşılaşmanın 47-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Finlandiyada olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью