Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bolqarıstan çempionatında 16-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” növbəti oyununa çıxıb.
Sözügedən komanda öz meydandaında “Lokomotiv”i (Plovdiv) qəbul edib. Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 4:2.
Cəlal oyunun 89-cu dəqiqəsində meydana daxil olub. Qeyd edək ki, “Arda” 16 turdan sonra 30 xalla 4-cı sıradadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.