Cəlal Hüseynovun komandası qələbə qazandı

24.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə Bolqarıstan çempionatında 16-cı tur davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda Plovdiv "Lokomotiv"ini qəbul edib.

Matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Cəlal Hüseynov da bu oyunun iştirakçısı olub. 21 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Arda" hazırda 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью