Cəlal Hüseynovun komandası Rumıniya çempionatında qələbə qazandı

07.11.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rumıniya Superliqasında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə UTA klubunu 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Hüseynov hesabın 0:0 olduğu 65-ci dəqiqədə meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran “Petrolul” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью