Cəlal Hüseynovun komandasından növbəti qələbə

09.11.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda Bolqarıstan çempionatının 14-cü turunda səfərdə “Botev Vratsa”nın qonağı olub. Görüş "Arda"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cəlal bu oyunda meydana çıxmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

Qeyd edək ki, “Arda” turnir cədvəlində 27 xalla 5-ci yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью