futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rumıniya yüksək liqasında IV turun matçları oynanılır.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun şərəfini qoruduğu “Petrolul” doğma meydanda “Otselul”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb (1:0). Oyunda yeganə qola Lundulu imza atıb.
Milli komandamızın üzvü Cəlal Hüseynov görüşün 75-ci dəqiqəsində oyuna daxil olub.
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Petrolul” turnir cədvəlinin 8-ci sırasına yüksəlib.