Cəlal Hüseynovun "Petrolul"u xal itirdi

17.10.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlal Hüseynovun "Petrolul"u xal itirdi

Rumıniya Superliqasında 12-ci turun növbəti matçı keçirilib. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" (Ployeşti) öz meydanında "Sepsi"ni qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesab 26-cı dəqiqədə Leo Teyşeyranın qolu ilə açılsa da, qonaqlar 34-cü dəqiqədə Doru Andreylə bərabərlik qolunu vurublar.

Cəlal Hüseynov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşün 85-ci dəqiqəsində meydana daxil olub.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Petrolul" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью