Cəlal: “O, meydanda lider olmağımı istəyir”

18.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Rumıniyanın “Petrolul” klubuna keçib.

Müdafiəçi artıq bir müddətdir, Ploeşti təmsilçisinin düşərgəsindədir. Cəlal “Futbolpress.az“a açıqlamasında komandaya adaptasiyası ilə bağlı fikirlərini bölüşdü:

“Hər şey çox yaxşı gedir. İki həftədir, burdayam. Komandaya uyğunlaşmışam. Düzdür, tam rahatam deyə bilmərəm, çünki toplanışa bir az gec qatıldım. Ümumən, özümü yaxşı hiss edirəm”.

Müdafiəçi komandanın baş məşqçisi Rikardo Souzanın ondan tələblərini söylədi:

“Baş məşqçi ilə demək olar, hər gün danışırıq. O, meydanda lider olmağımı istəyir. Komandaya gəlməzdən əvvəl də söhbətimiz olmuşdu. Meydanın mərkəzində oyunu idarə etməyimi, liderlik göstərməyimi tələb edir”.

Cəlal yeni komandasında artıq debüt edib. O, II Liqa təmsilçisi “Çoynike” ilə yoldaşlıq görüşündə meydana çıxıb:

“Rəsmi matçda debüt etməsəm də, hələlik, bir yoxlama oyununa çıxmışam. Baş məşqçimiz taktiki oyuna üstünlük verir. Məşqlərdə bunu hiss edirəm. Rumıniya çempionatının səviyyəsinin yaxşı olduğunu düşünürəm. Lakin indi bu barədə dəqiq danışa bilmirəm. Liqa oyunları başlayandan sonra daha aydın fikir bildirə bilərəm”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью