Cəlal oynadı, “Arda” pley offun ilk matçını uduzdu

22.08.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Bolqarıstan təmsilçisi Polşada “Rakuv”un qonağı olub. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:1.

Cəlal görüşdə start heyətdə yer alıb və 90+1-də əvəzlənib.

Cavab matçı avqustun 28-də Bolqarıstanda olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью