Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cəlal oynadı, komandası qalib gəldi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Rumıniya Superliqasında 15-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “UTA Arad”la üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Petrolul”a qələbə gətirən qolu 71-ci dəqiqədə Mario İonita vurub.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 65-ci dəqiqədə Luço Veqanın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, xallarının sayını 27-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.