Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, onun formasını geyindiyi "Arda" Plovdiv "Lokomotiv”ini qəbul edib.
XVI turun qarşılaşması həmyerlimizin klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov 89-cu dəqiqədə meydana daxil olub və 5 dəqiqə oynayıb.
Qeyd edək ki, ardıcıl 5-ci qələbəsini qazanan "Arda" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Onların aktivində 30 xal var.