Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlal Qurbanov anasının 70 illik yubileyi münasibətilə sosial media hesabında duyğusal paylaşım edib.
Doğru.az xəbər verir ki, Cəlal Qurbanov paylaşımında anasını ailənin dayağı, nəslin ağbirçəyi və atasından qalan ən dəyərli əmanət kimi xarakterizə edib.
O, anasının Masallıdan Bakıya, Qurbanovlar ailəsinə gəldiyi gündən bu ocağın ən əziz və dəyərli xanımlarından birinə çevrildiyini qeyd edib.
Cəlal Qurbanov anasının övladlarına haqqın tərəfində durmağı, insana dəyər verməyi öyrətdiyini vurğulayıb. O, bu gün anasının eyni sevgi və qayğı ilə nəvələrini də əhatə etdiyini bildirib.
Paylaşımda mərhum atasının ailəyə olan sevgisinin anasının qayğısında yaşadığını qeyd edən Qurbanov, ailə süfrəsi ətrafında toplaşanda və dünyasını dəyişən doğmalarını dualarla yad edəndə atasının varlığını hiss etdiklərini yazıb.
“Atamızdan sonra bu ocağın ağbirçəyi, nəslimizin baş tacı sənsən”, – deyə Cəlal Qurbanov anasına müraciət edib.
O, anasına möhkəm cansağlığı və uzun ömür arzulayaraq, onun kölgəsinin daim övladlarının və nəvələrinin başı üzərində olmasını diləyib.
Paylaşımını sevgi dolu sözlərlə tamamlayan Cəlal Qurbanov yazıb:
“Nə yaxşı ki, sənin övladlarınıq, gözəl anam. Səni çox sevirik!”
DOĞRU.AZ