Cəlali və Arsenyan regional məsələləri müzakirə etdi

28.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın  və İranın Rusiyadakı səfirləri İrəvanla Tehran arasındakı münasibətləri müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Qurgen Arsenyan və Kazım Cəlalinin görüşü İranın Rusiyadakı səfirliyində baş tutub.

Tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlər, regionun iqtisadi inkişafı imkanları və perspektivləri ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər.

Xatırladaq ki, iki həftə ərzində Ermənistan və İran xarici işlər nazirləri arasında iki telefon danışığı olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью