Cəlalın komandası 7 turdan sonra uduzub İdman və Biz

04.12.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Arda" 18-ci turda "Ludoqorets"lə qarşılaşıb.

Cəlalın komandası öz meydanında çempionla bacarmayıb. Qonaqlar 3:0 hesabı ilə qələbə qazanıblar. Adı iştirak ərizəsinə daxil edilən Hüseynov meydana çıxmaq şansı qazanmayıb.

Qeyd edək ki, Arda çempionatda 7 oyundan sonra uduzub. Komanda 31 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью