Cəlalın komandası səfərdən qələbə ilə qayıdır

22.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlalın komandası səfərdən qələbə ilə qayıdır

Rumıniya Superliqasında 16-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Dinamo Buxarest”lə üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Petrolul”a qələbə gətirən qolu 45+12-ci dəqiqədə Dan N'Lundulu vurub. 

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 89-cu dəqiqədə N'Lundulunun əvəzinə meydana daxil olub. 

Qeyd edək ki, xallarının sayını 30-a çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Dinamo Buxarest” isə 33 xalla ikincidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью