Cəlalın komandasından inamlı qələbə

06.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rumıniya Superliqasında VIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “Korvinul” kollektivini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Rumıniya Superliqası

“Petrolul” – “Korvinul” 2:0

Qollar: B. Malula, 4, M. Tutu, 67

Cəlal Hüseynov matça ehtiyat oyunçular skamyasında başlayıb. Təcrübəli müdafiəçi qarşılaşmanın 54-cü dəqiqəsində meydana daxil olaraq qələbədə pay sahibi olub.

Bu uğurlu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “Petrolul” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью