Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rumıniya Çempionatında 16-cı turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Petrolul" səfərdə Buxarest "Dinamo ilə qarşılaşıb.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Start heyətində yer alamayan Hüseynov 89-cu dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Dinamo" isə 33 xalla ikincidir.