Cəlaloğlu: Keçmiş sovet respubliklarının işğalı real təhlükədir | Icma.az
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı əhatəli oldu.
Prezident bir sıra istiqamətlər üzrə fikir bildirib, mövqeyini açıqladı.
Hazırda Rusiya və Ukrayna arasında savaş getdiyi üçün prezidentin Ukrayna ilə bağlı dedikləri daha çox müzakirə olunur.
Amma biz diqqət etsək görərik ki, Azərbaycan prezidenti Ukrayna mövzusunda dediyi fikirləri bundan əvvəl bu və ya digər şəkildə səsləndirib”.
Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu III Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna mövzusunda çıxışını şərh edərkən bildirib.S.
Cəlaloğlu deyib ki, əslində, prezident Əliyev çıxışı zamanı beynəlxalq hüquqa istinad edib, onun tələblərini xatırladıb.
Çünki beynəlxalq hüquqda işğal haqqında qətnamənin VIII bəndinə görə, işğalçı tərəf işğalın nəticəsindən hər hansı formada bəhrələnə bilməz.
Tam oxu
Xəbəri oxu