Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Bu gün qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı klubu 1/32 final mərhələsinin ikinci görüşündə Danimarkanın "Holte IF" kollektivini sınağa çəkəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında birinci qarşılaşmada "DH Volley" 3:1 hesabı ilə qalib gəlib.