Çelenc Kuboku: Azərbaycanın voleybol komandası cavab görüşünə çıxır

20.11.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Bakıda Rumıniyanın "Styaua" klubu ilə qarşılaşacaq.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Bu komandalar arasında ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью