Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin fədakar iştirakçısı Ehtiram İsrayıl oğlu Əliyevin vəfatı ilə bağlı mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Redaktor.az xəbər verir ki, Sədərək, Batabat, Ağdam, Füzuli, Cəbrayıl və Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdan qəhrəmanımızın Vətənimizin ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və o, "Azərbaycanın Milli Qəhrəmanı" ali fəxri adına layiq görülmüşdür.
Onun şərəfli ömür yolu və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!